“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna xoş gəlmisiniz. Bu əbədiyaşar od sizə Azərbaycanda təbii yanan odun və təbii qazın tarixindən, həmçinin Zərdüşütlüyün mədəniyyətə və gündəlik həyata təsirindən danışır. Muzey və Kromlex qədim və indiki sivilizasiyaların oda necə sitayiş etdiyini, canavarların ağıllı insanlara necə çevrildiyini və Marco Polonun yanan dağı necə ziyarət etdiyi haqqında məlumat verir.
Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 may 2007-ci il 2141 №-li sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir. 2018-ci il 17 iyul tarixində Cənab Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam vermişdir.