01/06/21

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Abşeron rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin “Qala” rəqs qrupu, məktəblilərin nağara və saz musiqi qruplarının çıxışları olub. Bakı Anadolu liseyinin rəqs qrupunun çıxış etdiyi tədbirdə Türkiyə səfirliyinin mədəniyyət məsələləri üzrə müşavir vəkili Hüseyin Altınalan, Bakı Türk Anadolu Liseyinin müdiri Nurullah Yazıcı, Abşeron rayonu İcra Hakimiyyəti yanında ictimai şuranın sədri Elçin Quliyev və digər qonaqlar iştirak ediblər.